Bank Of Baku

Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” kampaniyası keçirilib

Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” kampaniyası keçirilib
# 27 fevral 2023 07:17 (UTC +04:00)

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 25 fevral tarixindən başlayaraq Kolumbiya və Perunun paytaxt şəhərləri - Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Löhvələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı Soyqırımı 31 il”, “Xatırlayırıq” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.

Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR