Bank Of Baku

Kreml: Putin Azərbaycan Prezidenti ilə Ruben Vardanyanın taleyini müzakirə etməyib

Kreml: Putin Azərbaycan Prezidenti ilə Ruben Vardanyanın taleyini müzakirə etməyib
# 13 oktyabr 2023 16:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya və Azərbaycan liderləri görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR