Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi olduqca çətin bir dövrə təsadüf etdi, lakin buna baxmayaraq, ölkəniz olduqca aktiv çıxış edib.
Bunu APA-ya açıqlamasında Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa deyib.
“Azərbaycan həm pandemiya, həmçinin post-pandemiya dövründə çox müsbət təkliflər irəli sürüb və addımlar atıb. Biz bütün bunları martın 2-si keçiriləcək görüş zamanı bir daha müzakirə edəcəyik. Azərbaycanın Qoşulmama Hərəkatına sədr kimi çox böyük rolu olub və onun sədrliyi Qoşulmama Hərəkatını daha da canlandırıb. Bu da öz növbəsində hərəkatın daxilindəki təşkilatların fəaliyyətinə öz müsbət təsirini göstərib. Buna görə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”, - Salvador Antonio Valdes Mesa əlavə edib.