Bank Of Baku

Latviya Prezidenti: 2008 və 2014-cü illərdə biz Rusiyaya qətiyyətli cavablar vermədik

Latviya Prezidenti: 2008 və 2014-cü illərdə biz Rusiyaya qətiyyətli cavablar vermədik
# 09 mart 2023 13:13 (UTC +04:00)

2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Ukraynada törətdiklərinə bizim qətiyyətli cavablarımız olmadığına görə, Rusiya 2022-ci ilin fevralında yenidən təcavüzkar müharibəyə başladı.

APA xəbər verir ki, bunu Bakıda səfərdə olan Latviya Prezidenti Egils Levits 10-cu Bakı Qlobal Forumunda çıxışında deyib.

O deyib ki, ölkələr xarici və daxili təhdidlərlə üzləşir: “Bu gün ən böyük xarici təhdid Rusiya təcavüzüdür. Rusiyanın təcavüzü 2014-dən əvvəl başlamışdı, biz Gürcüstana olan hücumu xatırlamalıyıq”.

Latviya Prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə, bu ölkənin rəhbərliyinin beynəlxalq tribunala çıxarılmalıdır: "Beynəlxalq tribunal üç səbəbə görə vacibdir: birincisi, bu, Ukrayna üçün ədalət deməkdir, ikincisi, bu, beynəlxalq hüququn işlədiyini sübut etmək deməkdir və üçüncüsü, bütün potensial aqressorlara göstərilməlidir ki, təcavüzkarlıq, işğalçılıq cəzasız qalmır. 2008 və 2014-cü ildə biz qətiyyətli cavablar vermədiyimizə görə, Rusiya yenidən təcavüzkarlıq aktı törətdi. Ukraynanın hərbi, maliyyə, iqtisadi, humanitar dəstəyə ehtiyacı var”.

İkinci Dünya müharibəsindən sonra keçirilən Nürnberq tribunalını xatırladan Latviya dövlət başçısı beynəlxalq hüququn effektivliyinə ciddi təsir etdiyini deyib.

"İqlim dəyişikliyi digər beynəlxalq təhdiddir və bütün ölkələri təhdid edir", - o qeyd edib.

"Latviya NATO və Aİ üzvü olaraq beynəlxalq hüquqa əsaslanan sistemi təbliğ edirik. Biz aqressiya, iqlim dəyişikliyi kimi təhdidlərə qarşı mübarizə aparırıq", - o vurğulayıb.

Latviya Prezidenti demokratiya və insan haqlarının da Latviyanın gündəliyində vacib yer tutduğunu vurğulayaraq bunun təminatı ilə bağlı beynəlxalq platformalarda kampaniyalarının davam etdiriləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR