Latviya XİN: Azərbaycan və Ermənistanın birgə bəyanatı sülhə doğru atılmış vacib addımdır

Latviyanın xarici işlər naziri Krişjanis Karin

© APA | Latviyanın xarici işlər naziri Krişjanis Karin

# 08 dekabr 2023 16:08 (UTC +04:00)

Azərbaycan və Ermənistanın birgə bəyanatı bu ölkələrin münasibətləri normallaşdırmaq niyyətini təsdiq edir.

APA xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Krişjanis Karinş "X" hesabında bildirib.

"Azərbaycan və Ermənistanın birgə bəyanatı bütün region və onun hüdudlarından kənarda etimad və sülhə doğru atılmış vacib addımdır. Bu, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq niyyətini bir daha təsdiq edir", - Latviya XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR