Bank Of Baku

Latviyada Heydər Əliyevin yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Latviyada Heydər Əliyevin yubileyinə həsr olunmuş konfrans keçiriləcək
# 13 may 2023 10:08 (UTC +04:00)

Milli Məclisin deputatı, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və deputat Asim Mollazadə mayın 14-də Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda konfransda iştirak edəcək, səfər çərçivəsində Latviya Seyminin yeni seçilmiş üzvləri və digər dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər.

Səfər mayın 19-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR