İran, Rusiya və Ermənistanla qonşu olan Azərbaycan balanslaşdırılmış real politikanı uğurla həyata keçirir.
APA-nın xəbərinə görə, bunu XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Latviyanın sabiq prezidenti (2007-2011-ci illər) Valdis Zatlers bildirib.
O real politikanın hərbi, iqtisadi və siyasi reallığı özündə ehtiva etdiyini nəzərə çatdırıb: “Mən dünən Rusiya Prezidentinin çıxışını dinlədim, məyus oldum. Birtərəfli real politika dəyişməlidir, bu, dünyanı nüvə müharibəsinə aparar. Tarazlaşdırılmış real politika olmalıdır. Azərbaycanı nümunə göstərmək olar. İran, Rusiya və Ermənistanla qonşu olan Azərbaycan balanslaşdırılmış real politikanı uğurla həyata keçirir”.