Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərinin ikinci günündə Bakıda Azərbaycan-Rusiya Ekspert Şurasının plenar iclasında iştirak edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova Azərbaycan-Rusiya Ekspert Şurasının plenar iclasının iki ölkə arasında müttəfiqlik münaisbətlərinin qurulmasının bir illiyinə həsr olunduğunu vurğulayıb.
Qeyd edək ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.