Moskva Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün əlindən gələni edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlarda deyib.
“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, bu regionda olmaqda maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”, deyə Lavrov vurğulayıb.