Bank Of Baku

Lavrov Laçın yolundakı vəziyyətdən danışıb: Məsələ tezliklə həll olunacaq

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 18 yanvar 2023 15:06 (UTC +04:00)

Mən ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparmışam. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyəti müzakirə etdik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il tarixliüçtərəfli bəyanata əsasən, Laçın yolu yük maşınları, nəqliyyat vasitələri və mülki sakinlərin hərəkəti üçün açıq olmalıdır.

“Hesab edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq”, - Lavrov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR