Bank Of Baku

Lavrov Paşinyanın sülhməramlılarla bağlı ittihamlarını əsassız adlandırıb

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 23 dekabr 2022 16:45 (UTC +04:00)

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın “Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir” ittihamına münasibət bildirərkən deyib.

“Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır”, - Lavrov vurğulayıb.

Lavrov vurğulayıb ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR