Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ria Novostiyə müsahibəsində “Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi”, sualına cavabında bildirib.
O həmçinin qeyd edib ki, bu sualı danışıqları aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: “Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”.