Ümid edirəm ki, bu gün görüş konstruktiv atmosferdə keçəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün protokol hissəsində çıxışında bildirib.
O, Azərbaycan və Ermənistan XİN başçılarının birbaşa dialoqunun əlavə nəticələrə nail olmağa imkan verəcəyinə ümidini ifadə edib.