Bank Of Baku

Lavrovun müavini Bakıda məsləhətləşmələr aparıb

Lavrovun müavini Bakıda məsləhətləşmələr aparıb
# 20 oktyabr 2023 20:18 (UTC +04:00)

Oktyabrın 20-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov ilə məsləhətləşmələr aparıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanı Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə edilib, cari ikitərəfli gündəlikdəki aktual məsələlər diqqət mərkəzində olub.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR