Bank Of Baku

Leo Dokerti: "Azərbaycanın Avropanın enerji təchizatçısı kimi rolu günbəgün artır"

Leo Dokerti: "Azərbaycanın Avropanın enerji təchizatçısı kimi rolu günbəgün artır"
# 05 may 2023 22:56 (UTC +04:00)

Azərbaycanın Avropanın enerji təchizahçısı kimi rolu günbəgün artır.

APA xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Dövlət naziri Leo Dokerti tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib.

O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib.

Dövlət naziri Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb və cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb.

Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR