Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Yeni Zelandiyanın bu ölkədəki səfiri Karoline Bilkey və Beynəlxalq Üzüm və Şərab təşkilatının sədrliyinə namizəd Con Barker ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib.
“Biz əlaqələrimizin perespektivləri barədə müzakirə apardıq. Onları Azərbaycan şərabına qonaq etdim. Con Barkerə qarşıdakı seçkilərdə uğur arzulayıram”, - deyə Leyla Abdullayeva bildirib.