Bank Of Baku

Londonda 20 Yanvar faciəsinin 33-ci ildönümü qeyd edilib - FOTO

Londonda 20 Yanvar faciəsinin 33-ci ildönümü qeyd edilib - FOTO
# 21 yanvar 2023 03:55 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 33-ci ildönümü qeyd edilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, “University College London”un tələbəsi Mirkazım Seyidzadə və “Kings College”un tələbəsi Mehin Babayeva tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Londonda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, britaniyalı jurnalist Neil Vatson, Azərbaycan və Türkiyə disporasının üzvləri, azərbaycanlı tələbələr iştirak ediblər.

Anım mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmin hadisələrə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra Səfir Elin Süleymanov 20 Yanvar faciəsinin tarixindən bəhs edib, bunun tariximizin şanlı səhisi olduğunu bildirib. O, 33 il əvvəl törədilən bu faciənin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq nümunəsi kimi həkk olunduğunu qeyd edib. Səfir, həmin dövrdə bir çox sovet respublikasında oxşar hadisələrin baş verdiyini, lakin bunlardan ən qanlısının məhz Bakıda həyata keçirildiyini deyib.

O qeyd edib ki, bütün bu cinayətlərə və zorakılığa baxmayaraq Azərbaycan xalqı əzmini itirmədən dövlət müstəqilliyini canı və qanı bahasına bərpa edib. Səfir Azərbaycan gənclərindən də söz açaraq, onlarla fəxr etdiyini və prezident İlham Əliyevin liderliyi sayəsində bu gənclərin torpaqlarımızı geri qaytardığını əlavə edib.

Jurnalist Neil Vatson da öz xatirələrini paylaşaraq, 1990-cu il yanvarın 20-nə keçən gecə haqqında ilk dəfə “BBC” də eşitdiyini bildirib. O, Mixail Qorbaçovun birbaşa göstərişi ilə törədilən qırğın haqqında öz bildiklərini tədbir iştirakçıları ilə paylaşıb. Jurnalist qeyd edib ki, Azərbaycana səfərlərində Şəhidlər Xiyabanını ziyarət edib, Qara Yanvarın anım mərasimlərində iştirak edib. Neil Vatson, 20 Yanvar qurbanlarını bir daha hörmətlə andığını qeyd edib.

Tədbirdə daha sonra Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar 20 Yanvar faciəsi haqqında öz xatirələrini, fikirlərini bölüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR