“Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını qoyub”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
O, hər iki ölkə üçün əlamətdar olan və 2023-2024-cü illərdə qeyd olunacaq yaddaqalan tarixləri - görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyini və Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyini xatırladıb: “Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını qoyub və ümumittifaq layihəsinin həyata keçirilməsində bilavasitə iştirak edib. Bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub”.
Federasiya Şurasının sədri Azərbaycan nümayəndə heyətini də bu ilin mayında keçiriləcək 10-cu Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak etməyə dəvət edib.
Görüş zamanı Qarabağda nizamlanma və Laçın dəhlizinin işi ilə bağlı məsələlərə toxunulub.