MDB-də Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş imzalanıb.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir, saziş MDB Dövlət Başçıları Şurasının iclasında imzalanıb.
MDB-də Beynəlxalq Rus Dili Təşkilatının məqsədi rus dilinin təşviqidir.
Təşkilatın yaradılması təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.