Bank Of Baku

Meksika səfiri: Viza verilməsi prosedurunun sadələşdirilməsi üçün danışıqlar aparılır

Meksika səfiri: Viza verilməsi prosedurunun sadələşdirilməsi üçün danışıqlar aparılır
# 04 dekabr 2023 12:39 (UTC +04:00)

Viza verilməsi prosesinin sadələşdirilməsi istiqamətində uğurlu işlər davam edir.

APA xəbər verir ki, bunu Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan meksikalı turistlər üçün çox maraqlı ölkədir: " Meksikalı turistləri Azərbaycana cəlb edən tədbirlərdən biri məhz "Formula-1" yarışlarıdır. Bundan əlavə, Azərbaycanın gəzməli yerlərinə və tarixi abidələrinə müxtəlif səfərlər təşkil edilir. Bu səfərlər də meksikalı turistlər tərəfindən böyük maraqla qarşılanır. Azərbaycan turistlərinin Meksikaya səfərlərini təşkil edilməsi və bu səfərlərin sayının artırılması üçün həyata keçirilən işlərə daim böyük diqqət ayrılır”.

Səfir əlavə edib ki, hansısa şəxslərin viza məsələsində müəyyən çətinliklər yaranırsa, bu fərdi xarakter daşıyır, kütləvi deyil: “Bir məsələni diqqətə çatdırım ki, viza hər hansı üstünlük demək deyil. Bu ölkəyə səfərə verilən icazədir və bir neçə qurum tərəfindən qərarlar qəbul edilir. Bu səbəbdən də bəzi meyarlar nəzərə alınır. Viza verilməsi prosedurunun sadələşdirilməsi üçün danışıqlar aparılır.

Statistikaya nəzər salsaq görərik ki, il ərzində təxminən 600 meksikalı turist Azərbaycana səfər edir və əlbəttə ki, bu rəqəmlər artırılmalıdır. Həmin istiqamətdə görülən işlər uğurla davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR