“Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin izi var”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid ElAlami bildirib.
Azərbaycanın ərazi bütövlüyünü artıq bərpa etdiyini bildirən Mərakeş Nümayəndələr Palatasının sədri qeyd edib ki, Mərakeş də ərazi bütövlüyü uğrunda mübarizə aparıb. O, xüsusi sessiyada iştirakdan məmnun olduğunu vurğulayıb.