Bank Of Baku

Milli Assambleyanın Sədri: CAR Azərbaycanın neft-qaz strategiyası təcrübəsindən yararlana bilər

Nosivive Mapisa-Nqakula

© APA | Nosivive Mapisa-Nqakula

# 16 may 2023 12:25 (UTC +04:00)

“Azad Azərbaycanın qurucusu Heydər Əliyevlə bağlı xüsusi iclasa dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm”.

APA-nın xəbərinə görə, bunu bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında Cənubi Afrika Respublikası Milli Assambleyasının Sədri Nosivive Mapisa-Nqakula bildirib.

Nosivive Mapisa-Nqakula qeyd edib ki, Heydər Əliyev dünya miqyaslı siyasətçi olub: “İndi ölkəmiz enerji böhranı ilə üzləşib. Cənubi Afrika Respublikası Heydər Əliyevin banisi olduğu Azərbaycanın neft-qaz strategiyası təcrübəsindən yararlana bilər”.

O, Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətinə görə, Azərbaycana təşəkkürünü də çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR