Bank Of Baku

Mitskeviç: Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyev Belarusun böyük dostu olduğunu sübut edib

Valeriy Mitskeviç

© APA | Valeriy Mitskeviç

# 16 may 2023 12:58 (UTC +04:00)

“Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Belarus Nümayəndələr Palatasının sədr müavini Valeriy Mitskeviç bildirib.

Valeriy Mitskeviç deyib ki, Belarus-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna rolu var: “Bu gün Belarus və Azərbaycan prezidentləri arasında münasibətləri qeyd etmək istəyirəm. Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev Belarusun böyük dostu olduğunu sübut edib. Qarşılıqlı yardım səmərəli əməkdaşlığın təminatıdır. Liderlərimiz arasında münasibətlər dövlət qurumlarımız üçün bir etalondur. Heydər Əliyevin həyat yolu hamımız üçün etalondur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR