Bank Of Baku

MM-in deputatı beynəlxalq vebinarda kibercinayətkarlığa qarşı mübarizə barədə çıxış edib

MM-in deputatı beynəlxalq vebinarda kibercinayətkarlığa qarşı mübarizə barədə çıxış edib
# 06 dekabr 2022 10:46 (UTC +04:00)

Bu gün Parlamentlərarası İttifaq tərəfindən “Demokratiya üçün təhlükəsiz kiberməkanın yaradılması” adlı yüksək səviyyəli beynəlxalq vebinar keçirilir.

Bu barədə APA-ya Milli Məclisin deputatı Kamal Cəfərov məlumat verib.

Tədbirdə Kamal Cəfərov, Parlamentlərarası İttifaqı baş katibi Martin Çunqon, Avstraliyanın Nümayəndələr Palatasının sədri Milton Dik, Banqladeş Parlamentinin Spikeri Şirin Şarmin, İspaniya Parlamentinin Senatoru Xose Sepeda və İNTERPOL-un vəzifəli şəxsi Tee Vey Xian məruzə ilə çıxış ediblər.

Kamal Cəfərov “Avropa Şurasının kibercinayətkarlığa qarşı mübarizə üzrə Konvensiyası” və AŞPA-da məruzəçisi olduğum “Budapeşt Konvensiyaya əlavə 2-ci protokol” barədə məlumat verib.

Bu tədbirin məqsədi də BMT tərəfindən kibercinayətkarlığa qarşı qəbul edilməsi nəzərdə tutulan Konvensiyanın hazırlanması prosesinə töhfə verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR