Bank Of Baku

Monqolustanın sabiq prezidenti: Nüvə silahından imtina gələcəyə ümid yarada bilər

Monqolustanın sabiq prezidenti: Nüvə silahından imtina gələcəyə ümid yarada bilər
# 15 mart 2024 18:26 (UTC +04:00)

Dünyanın nüvə silahından tamamilə imtinası bizim gələcəyimizə ümid yarada bilər.

APA xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun panel müzakirəsində Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar deyib.

O bildirib ki, nüvə silahı, onun təhdid kimi istifadəsi bəşəriyyətə təhlükədir.

Sabiq Prezidenti həmçinin beynəlxalq təşkilatlarda bəzi ölkələrin öz maraqları üçün veto gücündən istifadə etməsi problem kimi xarakterizə edib: “Veto gücü ilə bağlı biz bir şey edə bilmirik, biz bunu dəyişdirməliyik. Çünki biz qlobal problemlərlə, münaqişələrlə bağlı müzakirələr apara, həll yolu təklif edə, həmrəy ola bilərik, ancaq sonda hər hansı bir ölkə bu təklifə, həll yoluna veto qoya, bloklaya bilər. Bəlkə də islahatlar BMT-ni daha məsuliyyətli edə bilər”.

Nambaryn Enkhbayar qeyd edib ki, bu qlobal institutun güclərin platforması olmamasına çalışmaq lazımdır: “Çoxtərəfli dünya bizim məqsədimiz olmalıdır. Çoxqütblü dünya ədalət, bərabərlik gətirə bilər. Biz kompleks dünya barədə düşünməliyik, bu dünyada hər bir ölkə proseslərə cəlb olunmalıdır, dünyamız konsensus əsaslı olmalıdır, veto əsaslı deyil".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR