Bank Of Baku

Moskvada görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub - FOTO

Moskvada görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub - FOTO
# 28 aprel 2023 00:39 (UTC +04:00)

Aprelin 27-də Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə görkəmli oftalmoloq alim, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Moskvada akkreditə olunmuş diplomatik korpusun, Rusiya ictimaiyyətinin və diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun və “Qaya” qrupunun ifaları dinlənilib.

Çıxış edən səfir Polad Bülbüloğlu tədbir iştirakçılarına Zərifə xanım Əliyevanın zəngin və işıqlı ömür yolundan danışıb.

O, Zərifə Əliyevanın bir alim kimi Azərbaycanda oftalmologiyanın inkişafına verdiyi töhfələrdən də danışıb. Onu şəxsən tanımaq şansı olduğunu qeyd edən səfir Zərifə xanımın çoxşaxəli və parlaq insan olduğunu, musiqini, mədəniyyəti, incəsənəti çox sevdiyini, özünün də pianoda ifa etdiyini, gözəl həkim olmaqla bir çox insanlara kömək etdiyini vurğulayıb.

Polad Bülbüloğlu bildirib ki, Zərifə xanımın digər mühüm xüsusiyyəti onun görkəmli dövlət və siyasi xadim, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat yoldaşı olmasıdır.

Polad Bülbüloğlu belə bir böyük insanın həyat yoldaşı olmağın çox çətin olduğunu vurğulayıb. O, həm də gözəl ana idi və gözəl övladlar - Sevil xanım Əliyevanı və İlham Əliyevi böyüdüb. Onun oğlu Prezident İlham Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad edib. Zərifə və Heydər Əliyevlərin ailəsində tərbiyə alan Prezident dünya azərbaycanlılarının arzusunu gerçəkləşdirib.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu günlərdə Moskvada bir sıra tədbirlərin keçirildiyini də qonaqların diqqətinə çatdırıb. Bu kontekstdə BAM-ın tikintisi qeyd olunub ki, onun da başa çatdırılmasında Heydər Əliyevin həlledici rolu olub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Refraksiya patologiyası və oftalmoerqonomika şöbəsinin müdiri, professor, Azərbaycan Respublikasının əməkdar həkimi Rasim Hacıyev və tibb elmləri doktoru, professor, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Helmqolts adınan Göz xəstəlikləri İnstitutunun şöbə müdiri Yelena Tarutta Zərifə xanım Əliyevanın yüksək peşəkarlıq və insani keyfiyyətlərindən danışıb.

Bildirilib ki, bu gün də Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası müdafiə etdiyi institutda onu həqiqətən də istedadlı alim, böyük təşkilatçı və çox məqsədyönlü qadın kimi yaxşı xatırlayırlar və onun haqqında son dərəcə gözəl danışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR