Bank Of Baku

Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib
# 10 noyabr 2026 10:01 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Mustafa Kamal Atatürkün vəfatının 88-ci il dönümü ilə bağlı anım tədbiri keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Sonra Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə çələng qoyub.

Anım mərasimində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir çıxışlarla davam edib.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR