Bank Of Baku

Nazir: Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 12 aprel 2023 12:51 (UTC +04:00)

Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın səylərini müzakirə etdik. Normallaşma prosesi üzrə formatlar və atılmış addımlar barədə məlumat verildi.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, görüş zamanı Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqların aparılmasına diqqət yetirilib.

Ceyhun Bayramovun sözlərinə görə, dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR