Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın dövlət naziri Leo Dokerti Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşündə bildirib.
O, Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb.
Nazir, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.