Bank Of Baku

Nazir: Ermənistan Laçın yolunda sui-istifadə hallarının davam etməsində maraqlıdır

Nazir: Ermənistan Laçın yolunda sui-istifadə hallarının davam etməsində maraqlıdır
# 26 fevral 2023 12:18 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsinin qurulması üzrə Azərbaycanın təklifini qəbul etməməklə bağlı erməni həmkarı Ararat Mirzoyanın açıqlamasını şərh edib.

APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir.

“Düşünürük ki, beləliklə, bütün bu gərginlik aradan qalxar. Bizim çoxsaylı beynəlxalq tərəfdaşlarla olan işçi müzakirələrimiz zamanı da bu təklif sağlam və konstruktiv təklif kimi qəbul edilib. Ancaq əfsus ki, Münxendə Ermənistan tərəfindən buna cavab verilmədi. Üstündən iki gün keçəndən sonra Ermənistan xarici işlər naziri bu təklifin onlar üçün məqbul olmaması barədə bir açıqlama verdi. Bizə görə bunun bir neçə göstəricisi var. Birincisi odur ki, Ermənistan yoldan sui-istifadə hallarının davam etməsində maraqlıdır. Bu hər kəsdə sual doğurmalıdır. İkinci məqam ondan ibarətdir ki, Ermənistanın yanaşmasında böyük ziddiyyətlər var. Ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən Ermənistan bütün beynəlxalq platformalarda bu istiqaməti gündəmə gətirib Azərbaycana təzyiq etmək istəyir, digər tərəfdən isə Ermənistana konstruktiv dialoq təklif olunan zaman onlar bundan əsassız şəkildə yayınır”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR