Bank Of Baku

Nazir: Son 3 il ərzində Qarabağdakı qanunsuz rejim 480 km. ərazini "təmas xətti" fəlsəfəsi ilə minalayıb

Nazir: Son 3 il ərzində Qarabağdakı qanunsuz rejim 480 km. ərazini "təmas xətti" fəlsəfəsi ilə minalayıb
# 04 noyabr 2023 21:20 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərin minalanması ciddi təhdiddir.

APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir bildirib ki, mülki sakinlərin minaya düşməsi davam edir.

"Problemin tam həcmini öyrənmək üçün zaman lazımdır. Ancaq ilkin hesablamalara görə, son üç il ərzində Qarabağdakı qanunsuz rejim Ermənistanın dəstəyi ilə 480 kilometr ərazini "təmas xətti" fəlsəfəsi ilə minalayıb, minaların dərinliyi hətta 2 kilometrə çatır. Bu isə o deməkdir ki, 960 kvadrat kilometr ərazi minalanıb. Biz orada yüz minlərlə minaların basdırılmasından danışırıq", - deyə Ceyhun Bayramov bildirib.

Azərbaycanlı nazir deyib ki, son 3 il ərzində bu məsələ qaldırılıb, ora hərbi attaşelərin səfərləri təşkil olunub.

"Biz ancaq beynəlxalq səviyyədə çağırışların olmasını görmədik, Ermənistanın qınanmasını görmədik. Bu, suallar doğurur", - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR