Biz fələstinlilərin yaşamaq hüququnu tanıyırıq.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən XI Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.
"Biz 1976-ci il sərhədlərini tanıyır və onun tanınmasına çağırış edirik", - nazir əlavə edib.
Hakan Fidan bu istiqamətdə sülh imzalamasının vacib olduğunu diqqətə çatdırıb və Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.