Bank Of Baku

Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini Natiq Məmmədov icra edəcək

Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini Natiq Məmmədov icra edəcək
# 04 may 2019 10:39 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub. 

Bu barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.

O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: “Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.

Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR