Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Daşkənddə Ümummilli Liderin barelyefini ziyarət edərək əklil qoyub.
APA-nın verdiyi xəbərə görə, o, bu barədə “Twitter” hesabında paylaşım edib.
“2022-ci ildə Daşkənddə Azərbaycan Xalqının Ümummilli Liderinin barelyefi, onun adına küçə və meydan açılıb. Biz Özbəkistan-Azərbaycan əlaqələri ilə qürur duyuruq və münasibətlərimizin bütün ölçülərdə zənginləşməsinə sadiqik”, - o qeyd edib.