“Xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir. Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik”.
APA-nı xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko Azərbaycan Milli Məclisinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib.
O qeyd edib ki, Azərbaycan xalqı daim Heydər Əliyevə minnətdar olmalıdır.
“Sizin iqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə, nüfuza malikdir.
Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əmin-amanlığa nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü. Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz, mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım”, - o əlavə edib.