Bank Of Baku

Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Cəlil Abbas Cilani

© APA | Cəlil Abbas Cilani

# 08 oktyabr 2023 19:22 (UTC +04:00)

Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.

APA xəbər verir ki, o, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.

Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcək.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.

Üzv dövlətlərə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR