Papuaşvili Bakıda Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçiliyini müzakirə edəcək

Papuaşvili Bakıda Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçiliyini müzakirə edəcək
# 11 dekabr 2023 11:40 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Azərbaycana səfəri çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı vasitəçiliyi müzakirə olunacaq.

APA-nın Tbilisi müxbiri Gürcüstanın ictimai telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib. O, Gürcüstan Baş nazirinin sülh təşəbbüsü olduğunu və Tbilisinin bu istiqamətdə uğurla irəlilədiyini qeyd edib.

“Gürcüstanın vasitəçiliyi çox vacibdir və düşünürəm ki, bu və digər məsələlər müzakirə ediləcək”, - səfir deyib.

Diplomat Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Baş nazirlərinin üçtərəfli görüşü olduğunu xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR