Ermənistan Respublikası Qarabağın taleyini müəyyən etməyə iddia etmir.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib.
O, Qarabağ erməniləri ilə Bakı arasında dialoqun yaradılmasının vacibliyi barədə danışıqlar apardıqlarını da sözlərinə əlavə edib.