“Bir daha qeyd edirəm: bəli, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bizim vəzifəmiz bu sülhü möhkəmləndirməkdir”.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
“Çox vacibdir ki, bunu da qeyd edək: çox şərti desək, Ermənistan və Azərbaycan arasında etimadın hər bir millimetr artması on santimetr praktik irəliləyiş deməkdir. Demək istəyirəm ki, bu gün mən sülh perspektivləri ilə bağlı, məsələn, 2025-ci il avqustun 15-i və ya 20-si ilə müqayisədə, xeyli daha nikbinəm”, - Baş nazir vurğulayıb.