Bank Of Baku

Patruşev: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlanır

Patruşev: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlanır
# 04 noyabr 2023 14:11 (UTC +04:00)

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq gedir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu “Rusiya” sərgi-forumu çərçivəsində Bilik Cəmiyyətinin marafonunda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətləri nizamlamaq üçün Azərbaycan və Rusiya ilə təmas saxlayır və hazırda sülh müqaviləsinə hazırlıq gedir.

"Qarabağ problemi ilə bağlı Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır", deyə Patruşev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR