Peskov: Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycanla müzakirə olunacaq

Peskov: Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycanla müzakirə olunacaq
# 29 sentyabr 2023 15:02 (UTC +04:00)

Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"İndi Azərbaycan ərazisində yerləşən missiyadan söhbət gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq”, - deyə Kremli sözçüsü vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ regionun Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ müharibəsinin yekununda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşması əsasında 5 il müddətinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR