Bank Of Baku

Peter Mixalko: Aİ Azərbaycanın mina təhlükəsinə qarşı işini dəstəkləyir

Peter Mixalko: Aİ Azərbaycanın mina təhlükəsinə qarşı işini dəstəkləyir
# 04 noyabr 2023 12:24 (UTC +04:00)

Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.

APA xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Avropa İttifaqı digər məsələlərdə olduğu kimi mina təhlükəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa önəm verir.

“Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Avropa İttifaqı Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək. Bu sahədə maarifləndirmə işlərində kömək etməyə hazırıq”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR