Bank Of Baku

Postpandemiya dövrünün Qoşulmama Hərəkatının gücünü ortaya çıxaracağı vurğulanıb

Postpandemiya dövrünün Qoşulmama Hərəkatının gücünü ortaya çıxaracağı vurğulanıb
# 02 mart 2023 16:21 (UTC +04:00)

“Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün təşkili Azərbaycanın siyasi iradəsini, çoxtərəfli əməkdaşlığa sadiqliyini göstərir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Qətər xarici işlər naziri Soltan Saad əl-Muraikhi bildirib.

Soltan Saad əl-Muraikhi postpandemiya dövründə əməkdaşlığın genişlənməsini vacib sayıb.

Fələstin xarici işlər naziri Riad Malki Azərbaycan Prezidentinə və Azərbaycana tədbirin təşkilinə görə təşəkkür edib. Riad Malki postpandemiya dövründə İsraili Fələstində infrastruktura ziyan vurmaqda ittiham edib: “Ümid edirik ki, postpandemiya dövrü Qoşulmama Hərəkatının gücünü ortaya çıxaracaq. Fələstin dövləti Qoşulmama Hərəkatının bütün üzvləri ilə əməkdaşlığa hazırdır”.

Yəmən xarici işlər naziri Əhməd Binmubarak pandemiya dövründə Qoşulmama Hərəkatına liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib: “Yəmən pandemiya dövründə ərzaq problemi ilə üzləşib. Yəmən ərzaq məhsullarının 48 faizini Rusiya və Ukraynadan idxal edir. Yəməndə 17 milyon insan aclıq təhlükəsi ilə üzləşib”.

Milli Məclisin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova deyib ki, Parlament Şəbəkəsinin yaradılması böyük əhəmiyyət daşıyır : “Mən bütün platformalarda Parlament Şəbəkəsinin əhəmiyyətini vurğulayıram. Mən Qoşulmama Hərəkatının bütün üzvlərini Parlament Şəbəkəsini dəstəkləməyə çağırıram”.

Bəhreyn səhiyyə naziri Jalela Bint əl-Saylı Javad Hasan Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakın böyük şərəf olduğunu vurğulayıb.

Tunis səhiyyə naziri Əli MRab da Azərbaycan Prezidentinə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, o cümlədən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün təşkilinə görə təşəkkür edib.

Pakistanın iqtisadi işlər üzrə federal naziri Sərdar Ayaz Sadiq Azərbaycan Prezidentinə tədbirin təşkilinə görə təşəkkürünü çatdırıb: “Dünyada 250 milyon insan aclıqdan əziyyət çəkib, 100 milyon insan aclıq təhlükəsi ilə üzləşib. Hökumət və qeyri-hökumət mənbələri üzrə böyük investisiyaları kasıb ölkələrdə infrastrukturu dəstəkləmək üçün səfərbər etməliyik. Eyni zamanda Hindistanın Kəşmiri işğalına son qoyması lazımdır və beynəlxalq ictimaiyyət bu məsələdə səylərini səfərbər etməlidir”.

Pakistanın iqtisadi işlər üzrə federal naziri Prezident İlham Əliyevi Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiklərini vurğulayıb.

Çad səhiyyə naziri Abdelmadjid Abdraahim Mahamat bildirib ki, Azərbaycan Prezidentinə liderliyi üzərinə götürərək pandemiya dövründə təşəbbüslərlə çıxış etdiyinə görə təşəkkür edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR