Bank Of Baku

Prezident: Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair saziş mühüm hadisədir

Prezident: Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair saziş mühüm hadisədir
# 17 dekabr 2022 16:20 (UTC +04:00)

Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair Buxarestdə müqavilə imzalanıb.

APA xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis "Twitter"də bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya-Azərbaycan Strateji Tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı əla müzakirəmiz oldu. Enerji təhlükəsizliyi və əlaqələnmə bizim ümumi məqsədlərimizdir. Mən bugünkü iki mühüm hadisəni də alqışlayıram: Azərbaycan təbii qazının Rumıniyaya çatdırılması üçün milli qaz şirkətlərimiz tərəfindən imzalanmış müqavilə və Aİ-nin dəstəyi ilə Rumıniya-Azərbaycan-Macarıstan-Gürcüstan tərəfindən imzalanmış Qara dəniz enerjisi sualtı xətti barədə Saziş", - Prezident bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR