Bank Of Baku

Putin Paşinyanla üçtərəfli razılaşmaların icrasını müzakirə edib

Paşinyan, Putin

© APA | Paşinyan, Putin

# 12 dekabr 2022 16:59 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılması müzakirə olunub.

Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsinə, eləcə də Cənubi Qafqazda nəqliyyat, logistika və ticarət-iqtisadi əlaqələrin bərpası üzrə layihələrə xüsusi diqqət yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR