Bank Of Baku

Putinin köməkçisi: Heydər Əliyevin əzmkarlığı və qətiyyəti sayəsində BAM-ın tikintisinə başlanılıb

Putinin köməkçisi: Heydər Əliyevin əzmkarlığı və qətiyyəti sayəsində BAM-ın tikintisinə başlanılıb
# 26 aprel 2023 17:32 (UTC +04:00)

Heydər Əliyev Baykal-Amur Magistralının tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Hökumətin bu magistralın tikintisinə qərar verməsi sayəsində bu gün biz Rusiyada Şərqə yük daşıya bilirik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur magistral dəmiryol xəttinin tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında deyib.

İ.Levitin xatırladıb ki, sərgi Rusiya və Azərbaycan prezidentlərinin razılığı ilə Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində açılır. “Heydər Əliyev Baykal-Amur magistralının tikintisinə cavabdeh olub. Bu, həqiqətən ümumittifaq tikintisi idi. Onun əzmkarlığı, möhkəmliyi, Siyasi Büroya bu tikintiyə ehtiyac olduğunu sübut etmək bacarığı sayəsində BAM-ın tikintisinə başlanıldı. Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz bu qərarı verən insanların nə qədər müdrik olduğunu görürük. Ona görə də mən Rusiyanın Nəqliyyat Nazirliyinə, Azərbaycanın Nəqliyyat Nazirliyinə, dəmir yolu idarələrinin rəhbərlərinə və təbii ki, BAM-ın veteranlarına təşəkkür etmək istəyirəm. Mən çox şadam ki, Azərbaycanda və Rusiyada yaşayan BAM veteranları bu gün buradadırlar. Onlar Rusiya üçün bu mühüm magistral yolun tikilməsini təmin etmək üçün hər şeyi ediblər”, - deyə İqor Levitin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR