Bank Of Baku

Qaribaşvili: Gürcüstanın Azərbaycanla tamamilə harmonik əlaqələri var

Qaribaşvili: Gürcüstanın Azərbaycanla tamamilə harmonik əlaqələri var
# 05 oktyabr 2023 15:37 (UTC +04:00)

Gürcüstanın Azərbaycanla tamamilə harmonik əlaqələri var.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Qranadada jurnalistlərə açıqlamasında deyib. O, həyata keçirilən layihələrlə ölkəsinin regional kontekstdə oynadığını rolunun gücləndiyini vurğulayıb.

“Bizim ölkəmizin Avropa və ümumilikdə beynəlxalq ictimaiyyət üçün vacib əhəmiyyəti var. Bizim regiondakı bütün ölkələrlə - Azərbaycanla, Ermənistanla, Türkiyə ilə tamamilə harmonik əlaqələrimiz mövcuddur. “Orta Dəhliz”in inkişafı kontekstində ölkəmiz vacib rola malikdir, çünki əgər Gürcüstan güclü və stabil olmasa bu layihə tamamlana bilməz”, - Qaribaşvili deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR