Bank Of Baku

Qaribaşvili: Orta Dəhliz üzərindəki bütün maneələr birgə fəaliyyətlə aradan qaldırılacaq

Qaribaşvili: Orta Dəhliz üzərindəki bütün maneələr birgə fəaliyyətlə aradan qaldırılacaq
# 07 aprel 2023 15:25 (UTC +04:00)

Orta Dəhliz layihəsi ilə bağlı Azərbaycan və Gürcüstan koordinasiyalı şəkildə fəaliyyət göstərir.

APA xəbər verir ki, bunu Azərbaycana səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə Qəbələdə keçirdiyi ikitərəfli görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

Hökumət başçısı əlavə edib ki, Orta Dəhliz üzərindəki bütün maneələr birgə fəaliyyətlə aradan qaldırılacaq və dəniz limanları, dəmir yolları da daxil olmaqla infrastruktur inkişaf etdiriləcək.

Qaribaşvili Gürcüstanın hazırda yeni dəniz limanının (Anaklia) inşası üzərində çalışdığını qeyd edib. Əlavə edib ki, hazırda həyata keçirilən layihə çərçivəsində qarşıdakı bir il ərzində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin fəaliyyəti də genişləndiriləcək və beləcə Orta Dəhlizə daha çox yüklər cəlb ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR