Bank Of Baku

Qırğızıstan parlamentinin spikeri Azərbaycana gəlir

Nurlanbek Şakiyev

© APA | Nurlanbek Şakiyev

# 15 may 2023 10:57 (UTC +04:00)

Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana işgüzar səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin (Joqorku Keneş) rəsmi internet səhifəsində məlumat dərc edilib.

Qeyd olunub ki, spiker səfər çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcək, həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Müxtəlif tədbirlərlə yanaşı, Qırğızıstan parlamentinin nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyası (TURKPA) baş ofisinə gedəcək və onun fəaliyyəti ilə tanış olacaq.

Həmçinin əlavə olunub ki, Şakiyevi səfər çərçivəsində parlamentin Beynəlxalq işlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədri Ulan Primov və Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri İsgəndər Matraimov müşayiət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR