COVID-19 pandemiyası bir çox ölkələri panikaya saldı.
APA xəbər verir ki, bunu Bakıda keçirilən XI Bakı Qlobal Forumu çərçivəsində Qırğızıstanın keçmiş Baş naziri Djomart Otorbaev panel müzakirə zamanı deyib.
"Cəmiyyətin müəyyən mənada təcridi, qapanmalar, digər bir sıra addımlar, ümumilikdə, 50 milyard dollarlıq xərcə səbəb olmuşdu. COVID-19 pandemiyası zamanı ümumilikdə 1,8 milyon insan həyatını itirib. Amma baxın, hər il vərəm xəstəliyindən 1,2 milyon insan ölür. Bu da, öz növbəsində, dünyada mövcud başqa və çox böyük, faciəvi bir qorxudan xəbər verir", - o əlavə edib.
Sabiq Baş nazir dünyada hazırda parçalanmış səhiyyəsi sistemini bərpa etmək üçün sistemli işləməyin vacibliyini vurğulayıb.